TÜRKİYƏ HƏRBÇİLƏRİ AZƏRBAYCANDA - Monitorinq Mərkəzi yanvarın əvvəlində fəaliyyətə başlayacaq
Ağdamda yerləşəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək Türkiyə hərbçiləri Azərbaycana gəlib.
Şəffaflıq.az NTV-yə istinadən xəbər verir ki, mərkəzdəki Türkiyə hərbçiləri yanvarın əvvəlində fəaliyyətə başlayacaqlar.
Türkiyə heyəti zabit və əsgərlərdən ibarətdir. Mərkəzdə Türkiyə ordusunun general-mayoru da fəaliyyət göstərəcək.
Mərkəzdəki Türkiyə hərbçilərinin sayı isə 60 nəfər olacaq. İlkin mərhələdə 25-ə yaxın hərbi qulluqçu Azərbaycana gəlib. Qarşıdakı həftələrdə digər heyətin də Azərbaycana gələcəyi gözlənilir.
Xəbəri paylaş
Facebook-da paylaş