Əsas Səhifə > Gündəm > TÜRKİYƏ HƏRBÇİLƏRİ AZƏRBAYCANDA - Monitorinq Mərkəzi yanvarın əvvəlində fəaliyyətə başlayacaq

TÜRKİYƏ HƏRBÇİLƏRİ AZƏRBAYCANDA - Monitorinq Mərkəzi yanvarın əvvəlində fəaliyyətə başlayacaq


26-12-2020, 17:09

 

Ağdamda yerləşəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək Türkiyə hərbçiləri Azərbaycana gəlib.

Şəffaflıq.az NTV-yə istinadən xəbər verir ki, mərkəzdəki Türkiyə hərbçiləri yanvarın əvvəlində fəaliyyətə başlayacaqlar.

Türkiyə heyəti zabit və əsgərlərdən ibarətdir. Mərkəzdə Türkiyə ordusunun general-mayoru da fəaliyyət göstərəcək.

Mərkəzdəki Türkiyə hərbçilərinin sayı isə 60 nəfər olacaq. İlkin mərhələdə 25-ə yaxın hərbi qulluqçu Azərbaycana gəlib. Qarşıdakı həftələrdə digər heyətin də Azərbaycana gələcəyi gözlənilir.

Geri qayıt