"Ölkəmizi tanıyaq" tur aksiyası çərçivəsində Şamaxı rayon ümumtəhsil məktəblərinin IX-X-XI sinifləri 24 rayonun komandaları arasında 2-ci yerə layiq görülüblər.

 "Ölkəmizi tanıyaq" tur aksiyası çərçivəsində Şamaxı rayon ümumtəhsil məktəblərinin IX-X-XI siniflərində təhsil alan 40 nəfərdən ibarət şagird qrupunun Gəncə-Şəmkir-Göygöl-Ağstafa-Qazax-Tovuz rayonlarına 3 günlük gəzintisi başa çatıbdır. Şagirdlər














 Şagirdlər 3 gün müddətində qeyd edilən rayonları gəzərək, onların tarixini və mədəni irsi adət-ənənələrini öyrəniblər. “Ölkəmizi tanıyaq” tur aksiyasında iştirak edən Şamaxı rayonunun komandası breyn-rinq intellektual bilik yarışmasında 24 rayonun komandaları arasında 2-ci yerə layiq görülüblər.

 2014-cü ildən təşkil olunan bu turlarda Şamaxı rayonunun komandası ilk dəfə belə böyük uğur qazanıb. Turda iştirak edən Şamaxı rayonuna  müəllim və şagirdləri 26 mart tarixində  rayona qayıdıblar.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}