Birinci sinif şagirdləri də “Virtual məktəb”də qeydiyyatdan keçə bilərlər

 

2020-2021-ci tədris ili üzrə 1-ci sinifə qəbul olunmuş şagirdlərin “Virtual məktəb”də qeydiyyatı artıq mümkündür.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, şagirdlərin Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemində (UTİS) bazaya əlavə olunması üzrə işlər yekunlaşdırılıb.

Qeydiyyat üçün https://virtual.edu.az  saytına daxil olub FİN və yaxud ÜTİS kodu vasitəsilə qeydiyyatdan keçmək olar.

Daha əvvəl 1-ci sinif üzrə şagirdləri qeydiyyatdan keçirməyə cəhd göstərən, lakin istifadəçi adı və şifrə almayan şəxslər saytda “Qeydiyyat” bölməsindən şifrə bərpası xidmətindən istifadə edə bilərlər. Şifrə bərpası ilə bağlı daha ətraflı məlumatla buradan tanış olmaq mümkündür.

Qeyd edək ki, cari tədris ili üzrə siniflərin komplektləşdirilməsi işləri başa çatdırılıb. Bütün siniflər “Virtual məktəb”də öz əksini tapır.


Şəffaflıq.azшаблоны для dle 11.2


Facebook-da paylaş