İsmayıllı rayonunda əhalinin problemləri dövlətin diqqətindədir

 

İsmayıllı rayonunun şəhər, qəsəbə və kəndlərdəki icra nümayəndələrinin iştirakı ilə növbəti video konfrans keçirilib. Rayonun rəhbəri icra nümayəndələrinə ölkə başçısının tapşırığı ilə yerlərdə vətəndaşlarla daha sıx əlaqə saxlamaq və sakinlərin qaldırdıqları məsələlərin təmin olunmasını tapşırıb.

O, bildirib ki, ərazilərdə baş verən hadisələrlə, eləcə də yaranmış problemlərlə bağlı dərhal tədbirlər görülməli və nəticəsi barədə Rayon İcra Hakimiyyəti məlumatlandırılmalıdır. Həmçinin, bildirilir ki, son günlər ehtiyatda olan əsgər və zabitlərin təlimlərə çağırılması barədə əhali düzgün maarifləndirilməli, bunun səfərbərlik deyil yalnız təlim olduğu izah olunmalıdır. İclasda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilә xüsusi karantin rejiminin yumşadılmasından irәli gәlәn məsələlər müzakirə olunub.

Rayon İcra Başçısı bildirib ki, karantin rejiminin yumşaldılmasına baxmayaraq, koronavirus infeksiyasının qarşısının alınması məqsədilə vəzifəli şəxslərin qarşısına ciddi tələb qoyulmuşdur. İsmayıllı rayonunda bu sahədə xoşagəlməz halların baş verməməsi üçün işlərə tam nəzarət olunmalıdır.



 


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}