İranda ötən sutkada 116 nəfər koronavirusdan ölüb

 

İranda ötən sutka ərzində 116 nəfər koronavirusdan (COVID-19) ölüb.

Şəffaflıq.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 23029 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 1138 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 399940 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3768 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

O əlavə edib ki, İranda indiyədək  344516 nəfər koronavirusdan sağalıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}