Şamaxı rayonunda "Kəndlərdə idmanı inkişaf etdirək" layihəsi çərçivəsində tədbir keçirilmişdir

 

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ölkədə idmana və idmançılara xüsusi qayğı göstərməklə, Azərbaycan idmanının inkişafına, yeni idmançı nəslinin yetişdirilməsinə, idman infrastrukturunun yaxşılaşdırılmasına, yeni olimpiya və idman komplekslərinin tikintisinə, dünya miqyaslı yarışlarda idmançılarımızın böyük uğurlar qazanmasına xidmət edən zəruri tədbirlərin görülməsinə dair müxtəlif sərəncamlar imzalamış, məqsədyönlü tədbirlər həyata keçirmişdir. 

Cənab Prezidentin bu qayğısından futbol idman növü də kənarda qalmamış və ”Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır. Bunun məntiqi nəticəsidir ki, respublikamızda futbol idman növü günü-gündən inkişaf edir, rayon və şəhərlərdə uşaq, yeniyetmə və gənclər arasında futbolun kütləviliyinin artırılması sahəsində müxtəlif tədbirlər həyata keçirilir. 

Bunun davamı olaraq, 21 avqust 2020-ci il tarixində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Şamaxı Rayon İcra Hakimiyyətinin və Şamaxı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonun Muğanlı, Göylər, Məlikçobanlı və Qızmeydan kəndlərindən olan gənclərlə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində növbəti tədbir keçirildi. 

Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Şamaxı rayonundan seçilmiş Milli Məclisin üzvü Tamam Cəfərova, Şamaxı RİH-ti başçısı aparatının məsul işçisi Rəşad Əliyev və digər rəsmilər iştirak etdi. 

Tədbiri Şamaxı rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov açıq elan etdindən sonra Millət vəkilləri futbolun inkişafından danışdılar. Sonra layihə çərçivəsində Muğanlı, Göylər, Məlikçobanlı və Qızmeydan kəndlərindən olan 50 nəfər məktəbli gənclərə futbola marağın artırılması məqsədi ilə idman geyimləri və futbol topları hədiyyə edildi. Sonda futbolsevər gənclərimiz bu idman növü üzrə müxtəlif hərəkətlərlə çıxış edərək qonaqlara nümayiş etdirdilər.















 

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}