İsraildə son 2 ayda yoluxma sayında rekord

 

İsraildə son 24 saat ərzində 377 nəfərin koronavirusa yoluxması ilə gündəlik yoluxma sayında aprel ayından bəri ən yüksək rəqəm qeydə alınıb.

Şəffaflıq.az “İnterfaks”a istinadən xəbər verir ki, ölkədə bu günə qədər ümumilikdə 21 246 insan koronavirusa yoluxub.


Onlardan 307 nəfər xəstəlik səbəbindən həyatını itirib, 15 812 pasiyent isə müalicə olunaraq sağalıb. Hazırda ölkədə 5 127 aktiv koronavirus xəstəsinin olduğu bildirilib.

Qeyd edək ki, İsraildə COVID-19 səbəbiylə üç aydır dayandırılan şəhərlərarası dəmir yolu hərəkəti  22 iyundan etibarən yenidən bərpa edilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}