Rusiyada koronavirusa yoluxanların sayı 511 423-ə çatıb - 6 715 nəfər ölüb


 

Rusiyada son bir gündə daha 8 987 nəfərə COVID-19 diaqnozu qoyulub.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 511423 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 183 nəfər artaraq 6715-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 269370 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 1714 nəfər.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 7,6 milyonu ötüb. Bunların 3,8 milyon nəfərdən çoxu sağalıb, 424 mindən çoxu isə ölüb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}