Britaniyada son sutkada koronavirusdan 315 nəfər dünyasını dəyişib

 

Böyük Britaniyada son 24 saat ərzində koronavirusdan 315 nəfər ölüb. Ölkə üzrə yeni virusdan dünyasını dəyişənlərin ümumi sayı 28446 nəfərə çatıb.

Şəffaflıq.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Britaniya Nazirlər Kabineti Katibliyinin rəhbəri Maykl Qouv mətbuat konfransında bildirib.
O qeyd edib ki, şənbə günündən bu günə 621 ölüm hadisəsi qeydə alınıb.

M.Qouv əlavə edib ki, son sutkada yeni aşkar olunan yoluxma hallarının sayı 4339 nəfər artaraq 186599-a çatıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}