Saatlıda idman zalının sahibi və müştəriləri cərimələndi

 


Saatlıda karantin qaydalarını pozan şəxslər aşkar edilib.

Şəffaflıq.az DİN Mətbuat Xidmətinin Bərdə regional qrupuna istinadən xəbər verir ki, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində rayon ərazisində yerləşən trenajor zalının xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub. 

Polis əməkdaşları tərəfindən məkana baxış zamanı idman zalının sahibi Şahsəddin Məmmədli və müştəri kimi digər 3 rayon sakini – Nurlan Mahmudov, Elnur Əzizov və Rəmzi Rüstəmovun karantin qaydalarını pozduqları aşkar edilib.

Həmin şəxslər Saatlı Rayon Polis Şöbəsinə gətiriliblər və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}