Ramin Məmmədov İlahiyyat İnstitutunun məzunlarını milli-mənəvi dəyərləri qorumağa çağırıb


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun məzunlarını dövlətin milli maraqlarını, mənəvi dəyərlərini qorumağa çağırıb.

Şəffaflıq.az xəbər verir ki, Dövlət Komitəsinin sədri bunu Azərbaycan İlahiyyat İnstitutunda təşkil edilən "Məzun günü"ndəki çıxışında deyib.

O xatırladıb ki, bu gün məzun olan gənclər Azərbaycanın milli kadr bazasına daxil olur:

"Deməli, bundan sonrakı fəaliyyətinizdə Azərbaycan milli maraqlarını, milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaq, zənginləşdirmək, növbəti nəsillərə ötürmək sizin həm mənəvi borcunuza, həm də vətəndaş öhdəliyinizə çevrilir. Bu istiqamətdə hər birinizə uğurlar arzulayıram".


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}