4 övladı olan ana yardım diləyir: “Uşaqlarıma yemək belə ala bilmirəm” - FOTO


8 yaşlı Fatimənin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Leyla Məmmədova məlumat verib.

O bildirib ki, övladı leykoz xəstəliyindən əziyyət çəkir.

“4 ay öncə Fatimənin burnundan qanaxma başladı. Əvvəllər çox ciddi yanaşmasam da, həkim müayinəsinə getdiyimiz zaman Fatimədə leykoz xəstəliyinin ilkin mərhələdə olduğunu öyrəndik”.

Leyla Məmmədova bildirib ki, həyat yoldaşı 3 il öncə vəfat edib.

“Mənim dörd övladım var. Üç il əvvəl yoldaşım vəfat edib. Uşaqların yaşları az olduğu üçün onları tək buraxıb işləyə də bilmirəm. İnanın bəzən uşaqlara verməyə yemək tapmıram, qonşular kömək edirlər. Övladlarımın qarşısında çox acizəm, buna görə çox utanıram. Hazırda Fatimənin 4 aylıq müalicəsi üçün lazım olan 7 500 manatın 1 500 manatını yardımsevər şəxslərin dəstəyi ilə toplaya bilmişik. Amma 6 000 manatımız çatmır. Bu məbləği toplamaq bizim üçün mümkünsüzdür. Yardımsevər şəxslərə bizə dəstək olmaları üçün yalvarıram”.

Ailə ilə əlaqə: 050 345 16 67








Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}