Göygöldə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar - FOTO


Göygöl rayonunda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsi və Sarısu Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayında rayonun Pənahlılar kəndindəki vətəndaşa məxsus un dəyirmanından ümumi dəyəri 4 700 manat olan mühərrik və digər ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən Göygöl rayon sakini Samir Əmirov və Goranboy rayon sakini Umud Yusibov saxlanılıblar.

Şübhəli şəxslərin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, onlar iyun ayının 6-da və 7-də ayrı-ayrı vətəndaşlara məxsus ümumilikdə 18 baş xırdabuynuzlu heyvanları da oğurlayıblar.

Faktlarla bağlı Göygöl Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.




Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}