Yüzlərlə qadın həkim göndərişi olmadan və pulsuz döş xərçəngi müayinəsindən keçirilib.

 Dağıstanda  yüzlərlə qadın həkim göndərişi olmadan və pulsuz döş xərçəngi müayinəsindən keçirilib. 
Şəffaflıq.az xəbər verir ki, bu haqda məlumat Dağıstan Səhiyyə Nazirliyinin saytında yayılıb.
Oktyabr  ayının dünyada döş xərçəngi ilə mübarizə ayı elan olunması ilə bağlı təşkil edilən "Çəhrayı lent" aksiyası oktyabrın 26-da Mahaçqaladakı Respublika Perinatal Mərkəzində(doğum evində) və Respublika Onkoloji Mərkəzində keçirilib. Aksiya çərçivəsində respublikanın yüzlərlə qadın vətəndaşı döş xərçəngi ilə bağlı müayinədən, mammoqram və süd vəzilərinin ultrasəs müayinəsindən keçib. Eləcə də  qadınlar üçün pulsuz mammoloq konsultasiyası təşkil olunub.  
Müayinədən keçmiş qadınların 70-də müxtəlif xəstəliklər müəyyən olunub, onlardan 5-i isə xərçəng təhlükəsi ilə bağlı əlavə müayinəyə göndərilib.
Qeyd edilir ki, "Çəhrayı lent" aksiyası hər il keçirilir.
Xatırladaq ki, bir sıra Avropa ölkələrində, o cümlədən Türkiyədə qadınlar  ildə bir dəfə süd vəzilərinin pulsuz müayinəsinə dəvət edilir. Hətta ucqar əyalət və kəndlərdən  mərkəzə gələ bilməyənlər üçün yolpulu da təmin edilir...Moderator.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}