AMEA İsa Həbibbəylinin nəvəsi ilə bağlı yayılan iddialara aydınlıq gətirib
“Sosial şəbəkələrdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin nəvəsi İsa Səhət oğlu Həbibbəylinin qeyri-qanuni yolla ali məktəb tələbəsi olması və ali məktəbə imtahansız qəbul edilməsi haqqında yayılan və tirajlanmaqda davam edən məlumatların hər ikisi yalandır”. Bu barədə AMEA Mətbuat Xidmətinin məlumatında bildirilib. Qeyd edilib ki, İsa Səhət oğlu Həbibbəyli hazırda orta məktəbin onuncu sinif şagirdi kimi təhsilini davam etdirir. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş