Emin Əmrullayev: “Bütün məktəblərdə həyəcan düyməsi var”


“Azərbaycanda həm xüsusi mühafizə olunan, həm polis tərəfindən mühafizə edilən məktəblər var”.

“Report” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bütün məktəblərə ən azı həyəcan düyməsi yerləşdirilib:

“Bu istiqamətdə müvafiq təlimlər də keçirilir”.

Nazir xatırladıb ki, təhlükəsizlik baxımından ən uğurlu layihə “Məktəblinin dostu”dur:

“Artıq 100-dən artıq məktəbdə bu layihə icra olunur. Onu da qeyd edim ki, bir müddət əvvəl məktəbdə qidalanma ilə bağlı hadisədə ilk müdaxiləni direktorla yanaşı məhz “Məktəblinin dostu” etmişdi. Bu layihənin əhatə dairəsinin genişləndirilməsinin tərəfdarıyıq. Nəzərə almaq lazımdır ki, ölkədə 1 milyona yaxın şagird təhsil alır. Belə olan halda da məktəblərdə xoşagəlməz hallardan sığortalanmamışıq. Bu yolla gələcəkdə bu kimi halların qarşısını almaq üçün necə addımlar atmalı olduğumuzu bilərik”.

Şəffaflıq.az 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}