Arvadını və bibisini öldürən məhkum intihara cəhd etdi - Rəsmi

 Daxili İşlər Nazirliyi paytaxtda baş verən dəhşətli qətllə bağlı məlumat yayıb. Şəffaflıq.az xəbər verir ki, oktyabrın 16-da Binəqədi rayonu ərazisində Təranə İsmayılovanın yaşadığı evə gəlmiş keçmiş əri, əvvəllər məhkum olunmuş V.Hüseynov münaqişə zəminində onu və orada olan bibisi Luiza İsmayılovanı bıçaqla qətlə yetirib, evi isə yandırıb.
V.Hüseynov sonra Azadlıq prospektində özünü avtobusun altına atıb.
Polis əməkdaşlarının nəzarəti altında V.Hüseynov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}