Bakıda yaşlı kişi həyatına son qoydu - Dəhşətli intihar

 

Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən, "Şərur" MTK-ya məxsus binada daha bir intihar hadisəsi baş verib.

Şəffaflıq.az bildirir ki, bu barədə Sputnik Azərbaycan-a bina sakinləri məlumat verib. Qeyd edilib ki, hadisə bu gün 15:20-də baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, 70-80 yaşlı kişi özünü binanın 14-cü mərtəbəsindən ataraq intihar edib.

"Hazırda əraziyə polis cəlb edilib. Ancaq intihar edən şəxsin meyiti yerdədir. Üzü üstə düşüb. Yaşlı şəxsin həyat yoldaşı da kənarda oturub ağlayır. Qonşudur ölən. Qonşular deyir ki, ağır xəstəliyi varmış. Yoldaşı onu evdə tək qoymurmuş ki, özünə nəsə edər" - deyə sakinlər bildiriblər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}