Ağcabədidə arı pətəklərinin identikləşdirilməsinə başlanılıb

 

Nazirlər Kabinetinin təsdiq etdiyi “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na əsasən, Ağcabədidə arı ailələrinin (pətəklərin) identikləşdirilməsinə başlanılıb.
Ağcabədi rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Etibar Mamedov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, arı ailələrinin (pətəklərin) identikləşdirilməsi və hər arı ailəsinə görə subsidiyanın verilməsi üçün arıçılıq təsərrüfatları uçota alınır. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yaradılan rayon komissiyası məlumatları yerində dəqiqləşdirərək arı ailələrinin mövcudluğunu yoxlayır. Ağcabədi rayonu üzrə 220 arıçının saxladığı 3800 pətək qeydiyyata alınıb. Hazırda arı ailələrinin identikləşdirilməsi həyata keçirilir, düzbucaqlı formada plastik materialdan hazırlanan lövhə şrup vasitəsilə pətəyə bərkidilir. Arı ailələrinin yoxlanılması və mövcudluğu haqqında rayon komissiyası tərəfindən icmal siyahı, akt və müvafiq sənədlər tərtib edilərək, respublika komissiyasına göndərilir.
Arı ailələrinin identikləşdirilməsi başa çatdıqdan sonra arıçılar saxladıqları hər arı ailəsinə görə 10 manat məbləğində subsidiya alacaqlar.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}