Azərbaycanda 2021-ci ildə Avro-5 dizel yanacağının istehsalına başlanacaq


 

SOCAR-ın Heydər Əliyev adına Bakı Neft Emalı Zavodundu (BNEZ) Avro-5 standartlarına uyğun dizel yanacağının istehsalına 2021-ci ildə başlayacaq.

“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında BNEZ-in modernizasiya və yenidən qurulması layihəsinin direktoru Nihal Allahverdiyev bildirib.
Onun sözlərinə görə, Avro-5 standartlarına uyğun dizel yanacağının istehsalı zavodda aparılan modernizasiya və yenidənqurma işlərinin nəticəsində mümkün olacaq.
Avro-5 standartlarına uyğun benzinin istehsalına zavodda dizel yanacağının istehsalına başlayandan sonra bir qədər sonra start veriləcək, deyə N. Allahverdiyev qeyd edib.
Xatırladaq ki, daha öncə SOCAR Avro-5 standartlarına uyğun dizel yanacağının istehsalına 2020-ci ildə, benzinin istehsalına isə 2021-ci ildə başlamağı planlaşdırdı.
Qeyd edək ki, yenidənqurma və modernizasiya işlərinin aparılmasından sonra BNEZ-in gücü 6 mln. tondan 7,5 mln. tona çatdırılacaq. Layihənin reallaşdırılması 2025-ci ilədək bitəcək. Hazırda zavodda 6 işlək qurğu var, 2025-ci ildə isə qurğuların sayını 24-ə çatdırılacaq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}