Şamaxıdan bir qrup ziyalı Azərbaycanın Milli Qəhrəmanı, General-mayor Polad Həşimovun məzarını ziyarət ediblər.-FOTO

Şamaxıdan bir qrup ziyalı Azərbaycanın Milli Qəhrəmanı, General-mayor Polad Həşimovun məzarını ziyarət ediblər.
 Şəffaflıq.az xəbər verir ki, 27 sentyabr Anım Günü ilə əlaqədar olaraq Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova, uzun müddət Şamaxıda mühüm vəzifələrdə işləmiş rayonun ziyalı xanımı, Ağsaqqalar Şurasının üzvü Fatmaxanım Quliyeva, Şamaxı rayon 9 saylı məktəbin direktor m üavini Mətanət Daşdəmirova GKİM-in direktor müavini fəal gənc Jalə Binyətova Azərbaycanın Milli Qəhrəmanı, General-mayor Polad Həşimovun məzarını ziyarət ediblər. Sonra onun doğulub boya-başa çatdığı mənzildə anası Səmayə xanımın qonağı oldular.Xatirə foto-şəkillərinə baxdılar.

Səmayə xanım qəhrəmanımızın, məktəbli olduğu illərindən general-mayor olduğu dövrədək acılı-şirinli, qürurverici  xatirələrini bölüşdü. Övlad itgisinin nə qədər acı olmasına baxmayaraq oğlu ilə fəxr etdiyini söylədi. Biz də vətənimizin  igid mərd oğlu Polad Həşımovla fəxr edirik!


Allah rəhmət eləsin!
 Könül xanım bildirir ki, iki gün ard-arda yorğun tədbirlərdə olmaqlarına,hətta səhəri gün Naxçıvana səfəri olduğuna baxmayaraq mənimlə telefonda çox xoş mehribancasına danışıb bizi qəbul etdiyi üçün Generalımızın bacısı Kəmalə xanıma və Səmayə anaya dərin minnətdarlığımı bildirirəm!
Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}