Oğrular tennisçinin medallarını bir qutu şokoladla geri qaytarıb

 Rusiyalı tennisçi Yelena Vesninanın oğurlanmış olimpiya medalları geri qaytarılıb.
Şəffaflıq.az "Pravda"ya istinadən xəbər verir ki, qarətçilər 35 yaşlı idmançının mükafatlarını bir qutu şokoladla birlikdə onun yaşadığı evin qarşısına atıblar. Onlar qutuya Vesnina üçün üzrxahlıq məktubu da qoyublar.
Tennisçinün özü isə hələ də medalların geri verilməsini təsdiqləməyib. O, müstəntiqlərin məsələ ilə məşğul olduqlarını bildirib.
Vesnina oğurluq hadisəsi barədə sentyabrın 12-də xəbər tutub. Onun sözlərinə görə, cinayətkarlar giriş qapısını sındıraraq seyfi açıb və oradan qızıl-zinət əşyaları ilə birlikdə olimpiya medallarını da götürüblər. İdmançıya dəymiş zərərin dəqiq məbləği bəlli deyil.
Qeyd edək ki, Yelena Vesnina 2016-cı il Rio Yay Olimpiya Oyunlarında Yekaterina Makarova ilə birlikdə cütlük yarışında çempion olub. O, Tokio olimpiadasında Aslan Karatsyovla birlikdə qarışıq finalda həmyerliləri Andrey Rublyov və Anastasiya Pavlyuçenkovaya uduzub."Report" 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}