Bu gün şəhid Orucov Mirzəcanın cənnətdə ilk doğum günüdür.-FOTO VİDEO

Bu gün şəhid Orucov Mirzəcanın cənnətdə ilk doğum günüdür.
Azərbaycan Ordusunun əsgəri olan Mirzəcan Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində şəhid olub.

Şəffaflıq.az xəbər verir ki,mərasimində rayon icra hakimiyyətinin başçısının birinci müavini Hikmət Şikarov, RİH-nin məsul şəxsləri, Şamaxı H.Əliyev Mərkəzinin nümayyəndələri, şəhid ailələri, müharibə iştirakçıları, qazilər."Qarabağ qaziləri" İB-ın  Şamaxı rayon üzrə nümayəndələri, şəhidin döyüşlər zamanı yaxından iştirakçıları olmuş zabit və əsgər heyyəti, ictimaiyyət nümayəndələri və,
"Türkiyə Azərbaycan Qardaşlıq Partiyası"
 İştirak edənlər:  Partiyanın prezidentinin    birinci müavini  İlham Şahverdiyev Partiyanın Bakı şəhəri üzrə sədriKənan Adıgözəlov Partiyanın Bakı şəhər üzrə sədrinin müavini Əhməd Tağıyev,Partiyanin mətbuat xidmətinin rəhbəri Fidan Oruc Əliyeva, Partiyanın  prezidentinin köməkçisi Aysel Hüsoynova, Partiyanın Binəqədi rayon üzrə nümayındəsi Leyli Sultanova iştirak etmişlər.Onun xatirəsi ehtiramla anılıb, məzarı önünə əklil və gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
 Hikmət Şikarov çıxışı zamanı bildirib ki, 44 günlük Zəfər yürüşündə qazanılan qələbənin şəhidlərimizin qanı bahasına qazanıldığını vurğulayıb. Bildirib ki, 30 illik Vətən həsrətinə son qoyan qəhrəmanlarımız gələcək nəsillərə örnək olacaq.
 Çıxış edənlər şəhid Mirzəcan Omərovun, keçdiyi qısa və mənalı həyat yolundan söz açaraq, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyini, tarix yazan qəhrəman şəhidlərin dəfn olunduqları yerlər and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini  bildiriblər. 
Operator: Məhərrəm Səmədov

Mirzəcan Orucov 2001-ci il sentyabrın 14-də Şamaxı rayonunun Sis kəndində anadan olub.Subay idi.Mirzəcan Orucov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi.Azərbaycan Ordusunun əsgəri olan Mirzəcan Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Mirzəcan Orucov oktyabrın 7-də şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzəcan Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 Baş redaktor: Vahid Ismayılov
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}