Azərbaycanda daha 2 557 nəfər COVID-19-a yoluxub, 39 nəfər ölüb

 Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 557 yeni yoluxma faktı qeydə alınıb, 3 592 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Şəffaflıq.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 39 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 450 282 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 393 569 nəfər müalicə olunaraq sağalıb, 5 959 nəfər vəfat edib, aktiv xəstə sayı 50 754 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 220, bu günə qədər isə ümumilikdə 4 593 820 test aparılıb.




Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}