Birinci Vitse-Prezident Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

 

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını 28 May – Respublika Günü münasibətilə təbrik edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Mehriban Əliyeva “Instagram” profilindən foto paylaşıb:

“Əziz həmvətənlər!

Sizi 28 May – Respublika Günü münasibətilə təbrik edirəm, hər birinizə ən xoş arzularımı çatdırıram!

Qoy Azərbaycanın müstəqilliyi və xalqımızın azadlığı əbədi olsun! Qoy ölkəmizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün!

Vətən uğrunda həlak olmuş şəhidlərimizin nurlu xatirəsini ehtiramla yad edirəm. Sizin hər birinizə möhkəm cansağlığı, səadət, xoş günlər və sevgi, doğma Azərbaycanımıza sülh, firavanlıq və tərəqqi arzulayıram!”


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}