Orta məktəblərdə direktor vəzifəsinə test imtahanı mərhələsi başa çatdı

 

Dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb.

Şamaxı rayonu üzrə imtahanda iştirak edən namizədlər arasında ən yüksək nəticəni Avaxıl kənd tam orta məktəbinin azərbaycan-dili və ədəbiyyat müəllimi, məktəbin direktor vəzifəsini müvəqqəti icra edən, 2013-cü ildə "İlin ən yaxşı müəllim" müsabiqəsinin qalibi olan Şirinov Sahil Səhid oğlu göstərmişdir. 

Beləki o, 47 bal toplayaraq Şamaxı rayonu üzrə 1-ci yerə, respublika üzrə isə 22-ci yerə layiq görülmüşdür. Sahil müəllimi Şamaxı RTŞ-nin kollektivi və rayonumuzun təhsil ictimaiyyəti adından təbrik edir, ona növbəti mərhələlərdə uğurlar arzulayırıq.  

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}