İsmayıllı rayonunda vaksinasiya ilə bağlı növbəti iclas keçirildi

 

İsmayıllı rayonunda vaksinasiyanın növbəti mərhələsi ilə bağlı iclas keçirildi. Qeyd etmək istəyirik ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin 18 yanvar 2021-ci il tarixli müvafiq sərancamı ilə komissiya yaradılmış və komissiyanın işçi qrupunun bugünkü iclasında növbəti kateqoriyalı insanlara vaksin vurulmaqla bağlı təşkilatı işlər barədə danışılmış, vəzifə bölgüsü aparılmışdır.

05 fevral 2021-ci il tarixindən başlayaraq rayonda fəaliyyət göstərən mobil qruplar vətəndaşların ünvanına gedərək təbliğat, təşviqat aparacaq, könüllü COVID-19 xəstəliyi əleyhinə peyvənd olunmaq istəyən şəxslərə evlərində "randevu.Its.gov.az" internet saytı vasitəsi ilə qeydiyyatdan keçirərək randevu tarixi alınmasına köməklik göstərəcəklər.

08 fevral 2021-ci il tarixindən etibarən isə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında 65 yaşdan yuxarı insanlara vaksinləşmə prosesinə start veriləcək. Randevu tarixi alınmasında çətinlik çəkən vətəndaşlara köməklik etmək məqsədi ilə icra hakimiyyətinin şəhər icra nümayəndəliyində qaynar xətt yaradılmışdır.

Mobil / whatsapp: +994 70 514 60 64Şəhər nömrələri:   02028 5 10 60, 02028 5 53 63

Vətəndaşlarımıza bildirmək istəyirik ki, 2020-ci ilin əvvəllərində bütün dünyanı cənginə alan, eləcə də ölkəmizdə bir sıra çətinliklər yaradan  pandemiya, vaksinləşmədən sonra bitəcək və biz yenidən əvvəlki normal həyatımıza qayıdacağıq. Buna görə hər birinizi bu işdə daha məsuliyyətli olmağa çağırırıq.





 

İsmayıllı rayonu
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}