Üç övladını anasız qoyan müəllimənin görüntüsü yayıldı - Foto

  Aprelin 24-də Salyanda Akkuşa çayında batan qadının meyiti tapılıb.
Şəffaflıq.az xəbər verir ki, dünən axşam saatlarında Salyan rayonunun Seyidsadıqlı kənd sakini, 1984-cü il təvəllüdlü Dadaşova Aysel Vaqif qızı özünü Akkuşa çayına ataraq intihar edib.
Fövqəladə Hallar Nazirliyinin qaynar telefon xəttinə daxil olan məlumat əsasında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub.
Meyit sudan çıxarlaraq adiyeti qurumlara tehvil verlib, faktla bağlı araşdirma aparılır.
Qeyd edək ki, 35 yaşlı Aysel Dadaşovanın 3 azyaşlı oğlan uşağının anası və Seyidsadıqlı kənd orta məktəbinin ibtidai sinif müəllimidir.
Ötən gün intihar etmiş müəllimənin axtarışları qaranlıq düşdüyündən ertələnmişdi.
Çayın körpüsündə qadının ayaqqabıları və jileti aşkarlanmış, onun azyaşlı övladı paltarın anasına məxsus olduğunu demişdi.
Aysel Dadaşovanın evlərində yazıb qoyduğu məktubda isə onun ölümündə heç kəsin günahkar olmadığı bildirilib.
Qadının həyat yoldaşı Bağır Dadaşov Bakı şəhərində tikilən evlərdən birində rəngsaz işlədiyindən hadisə baş verən vaxt evdə olmayıb.
Aysel Dadşovanın son zamanlar xəstəlikdən əziyyət çəkdiyi deyilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}