İsmayıllı rayonunun deputatı Novruz Aslanov rayonda şəhid ailələri və qazilərlə görüşüb, rayonun şəhidlər xiyabanında olub.

 

İsmayıllı rayonunun millət vəkili Novruz Aslanov rayonda şəhid ailələri və qazilərlə görüşüb, rayonun şəhidlər xiyabanında olub, şəhidlərimizin ruhuna dualar edib. 

Bundan sonra millət vəkili Vətən Müharibəsinin İsmayıllı şəhərində yaşayan şəhidlərinin ailələrini və qaziləri ziyarət edib. Onlara bayram sovqatı və digər lazımı ev əşyaları təqdim olunub. 

Deputat ziyarətdə qaldırılan problemlərin aidiyyəti orqanlarla birgə həllinə çalışacağını bildirib. Növbəti günlərdə isə rayonun kəndlərində yaşayan qazi və şəhid ailələri ilə görüş nəzərdə tutulub.












 


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}