Çində risk qrupunda olanların vaksinasiyasına başlanılıb

 

Çində əhalinin risk qrupuna aid olan hissəsinin vaksinasiyasına başlanılıb.

Şəffaflıq.az “RİA Novosti”-yə istinadən məlumat verir ki, bu barədə ÇXR-in dövlət sağlamlıq komitəsindən bildirib.

Birinci mərhələdə peyvənd gömrük müfəttişlərinə, tibb işçilərinə, idxal edilən dondurulmuş məhsullarla əlaqəli işçilərə, dəniz və hava nəqliyyatı sahəsində çalışan əməkdaşlara, dəniz məhsulları bazarlarında, həmçinin, ictimai nəqliyyat vasitələrində işləyənlərə vurulacaq.

Bundan əlavə, epidemioloji vəziyyəti ağır olan ölkələrdə işə və ya oxumağa gedən insanlar da vaksinasiya olunacaq.

İkinci mərhələdə - peyvənd artıq bazara çıxdıqda və ya istehsal həcmi artdıqda, peyvənd olunanların dairəsi genişlənəcək.

Neçə nəfərə qarşı hansı vaksindən istifadə olunacağı barədə isə qurumdan açıqlama verilməyib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}