İsmayıllı Rayonun da daha bir istedadı üzə çıxarılıb.-FOTOLAR VİDEO
İsmayıllı rayonu Diyalı kənd sakini Cavanşir Abdullayevin xüsusi istedadı ortaya çıxarılıb. Rayon icra hakimiyyəti rəhbərliyinin dəstəyi ilə 16 yaşlı pianinoçunun sənəti dəyərləndirilərək ifa etdiyi “Valse” əsəri üçün klip çəkilib.
Şəffaflıq.az xəbər verir ki,Ekran əsəri İvanovkanın taxıl zəmilərində, Aşıqbayram gölünün ətrafında, Tircan kəndinin dağlarında, Buynuz kəndində, Topçu meşəsində, Göyçay çayında,Lahıc qəsəbəsində və.s turizm potensiallı yerlərdə lentə alınıb.
Gənc pianino ifaçısının klipi tez bir zamanda məhşurlaşmış, müxtəlif televiziya kanallarında, saytlarda və 100 minlərlə izləyiciləri olan sosial şəbəkə səhifələrində paylaşılıb, geniş auditoriya qazanmışdır. Əsərin müəllifi olan Evgeny Grinko, məşhur pianinoçu-bəstəkar Fazıl Say və bir çox dünya şöhrətli musiqiçilər, həmçinin bu sahəyə uyğun tanınmış sosial şəbəkə səhifələri onun instaqram səhifəsində ifasını bəyənərək izləməyə alıblar.
Qeyd edək ki, Cavanşir Abdullayevi İsmayıllı şəhər 3 saylı tam orta məktəbinin XI sinif şagirdi olmaqla Fazil Əzimov adına musiqi məktəbinin 2 sinif fortopiano şöbəsində dərs alır.
Şəffaflıq.az
Facebook-da paylaş