YENİ BÜDCƏ RƏQƏMLƏRİ AÇIQLANDI – Neft Fondundan daha 850 milyon manat götürüləcək

 

“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanununda dəyişikliklər edilməsi nəzərdə tutulub. Həmin dəyişikliklərin gələn həftəninəvvəlində Milli Məclisdə müzakirə olunacağı gözlənilir. 

Şəffaflıq.az “AzPolitika.info”-ya istinadən xəbər verir ki, layihəni Maliyyə Nazirliyi yayıb.


Sənəddə qeyd edilib ki, 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri 27492,2 milyon manat təşkil edəcək. Bu da təsdiq edilmiş göstəriciyə nisbətən 597,5 milyon manat və ya 2,2 faiz, 2019-cu ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 3066,3 milyon manat və ya 12,6 faiz çoxdur. Büdcənin gəlirlərinin isə 24 milyard 124 milyon manat olması nəzərdə tutulur.


Bu da qəbul edilən mövcud sənəddəki eyni göstəricidin 10,5 milyon manat azdır.


"Nəticədə yenidən baxılma ilə təsdiq olunmuş dövlət büdcəsinin vergi və rüsumlar üzrə, habelə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 890,5 milyon manat məbləğində azaldılır. Azərbaycan Respublikasının Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti və dövlət büdcəsinin sair daxilomaları müvafiq olaraq 850,0 milyon manat və 30,0 milyon manat artırılır”, nazirlik bildirir.


Qeyd edildiyinə görə, 2020-ci ilə dürüstləşdirilmiş dövlət büdcəsi gəlirlərinin 58,0 faizi və ya 13990,0 milyon manatı neft sektorunun, 42,0 faizi, yaxud 10134,0 milyon manatı qeyri-neft sektorunun payına düşür:


“2020-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə neft sektorunun gəlirləri 460,0 milyon manat və ya 3,4 faiz çox, qeyri-neft sektorunun gəlirləri isə 470,5 milyon manat və ya 4,4 faiz azalır” Neftin ixrac qiyməti 35 dollar götürülüb. Ən nəhayət sənəddə diqqət çəkən mühüm məqamlardan biri xam neftin ixrac qiymətinin təsdiq edilmiş göstəricilərdən 20 ABŞ dolları az götürülməsdir.


İyulun 30-da Azərbaycan Maliyyə Nazirliyi (MN) 2020-ci il dövlət büdcəsinə yenidən baxılmasıüzrə təkliflərini Nazirlər Kabinetinə təqdim edib.


"...Dəyişikliklərin əsas məqsədi əlavə müdafiə və təhlükəsizlik tədbirlərinin görülməsi üçün ehtiyatın formalaşdırılması, ...habelə pandemiyadan (koronavirus) zərər çəkən iqtisadi fəaliyyət sektorlarına, sahibkarlıq subyektlərinə və eləcə dəəhalinin həssas qruplarına göstərilən dövlət dəstəyinin davam etdirilməsi üçün əlavə maliyyə təminatının yaradılmasıdır. Eləcə də, məqsəd sadalanan səbəblərdən ilin ikinci yarısında dövlət büdcəsinin artan xərcləri ilə azalan gəlirləri arasında gözlənilən natarazlığın aradan qaldırılması vəzifələrini təmin etməkdən ibarətdir", -MN bildirib.


Xatırladaq ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24.134 milyard manat, xərcləri isə 26.894 milyard manat təsdiqlənib. 2020-ci il üçün dövlət büdcəsində bir barrel neft 55 ABŞ dolları məbləğində hesablanıb. Hazırda dünya bazarında neftin bir barrelinin qiyməti 45 dollar civarında dəyişir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}