Azərbaycanda neft şirkətinin işçisi özünü öldürdü..

  Siyəzən rayonunda intihar hadisəsi qeydə alınıb.
Şəffaflıq.az Publika.aza
istinadən xəbər verir ki, rayonun Məşrif kəndində yaşayan 40 yaşlı Məkan Əliyev özünü yaşadığı evinin eyvanında asıb. Onun asılı vəziyyətdə qalmış meyiti ailə üzvləri aşkarlayıb.
Bildirilir ki, M.Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Siyəzənneft" Neft-Qaz Çıxartma İdarəsində işləyib və 2 uşaq atasıdır. Onun həyat yoldaşı məktəbdə müəllim işləyir və işdən evə gələrkən həyat yoldaşının özünü asdığını görüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Nizam

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}