Azərbaycanda yeni media təşkilatı yarandı

 

Dəyərli həmkarlar, əziz oxucular, heç şübhəsiz, yaşadığımız XXI əsr informasiya əsridir. Biz artıq tez-tez belə bir ifadə ilə rastlaşırıq ki, media çox vaxt ictimai rəyə təsir edə, qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələ bilmir. Bu isə o deməkdir ki, cəmiyyətdə mediaya inamsızlıq hökm sürür, baş vermiş hadisələrin əhəmiyyətinə diqqət yetirilmir.

Qərəzli, oxucuların haqlı tələb və təkliflərinə, müraciətlərinə peşəkar yanaşmayan xeyli sayda media orqanlarının mövcudluğu sırasında yeni bir onlayn informasiya məkanına ciddi tələb yaranır.


Bu baxımdan Onlayn Media Klubu yuxarıdakı tələbləri ödəyəcək bir layihə olaraq meydana gəldi. Bu media orqanı işini peşəkarlıq, dövlətçilik baxışı, əksəriyyət oxucu zövqünü təmin etmək prinsipi üzərində quraraq düşündürücü mövzularda bir müzakirə masası yaradacaq.


Klubun həmtəsisçiləri - Demokrat.az, Konkret.az, Pravda.az və digər KİV təmsilçiləridir.


Ölkəmizdə və dünyada baş verən prosesləri açıq və müqayisəli şəkildə ictimaiyyətə əsaslı və güclü şəkildə çatdırmaq, həmkarlarımızı ətrafımıza toplamaqla informasiya azadlığının yeni mərhələsini yaratmaq istiqamətində mühüm səylər həyata keçirəcəyik. Əminik ki, Onlayn Media Klubu həyata keçirəcəyi layihələrdə bu sahədə öz sözünü deyəcək, ictimai fikrə təsir imkanlarını artıra biləcək. 


Biz öz fəaliyyətimizlə xüsusən əsas problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də yer ayıracaq, ideoloji işlərin həyata keçirilməsinə öz töhfəmizi verəcəyik.


Amma bu işlərin tam uğurla başa çatdırılması üçün həmkarlarımızın birliyinə ehtiyac var. Hədəflərimizə çatmağımızın əsl məqamıdır!


Onlayn Media Klubu İdarə Heyəti


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}