Şamaxıda Bəzi evlərdə yaşayış mümkünsüzdür.
Şamaxıda zəlzələ nəticəsində 42 evdə yaşayış mümkünsüzdür. Həmin evlərdə yaşayış qadağan olunmalıdır.
Şəffaflıq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şamaxı Rayon İcra Hakimiyyətinin baş memarı Rüstəm Əliyev deyib.
Onun sözlərinə görə, hazırda evləri yararsız hala düşmüş sakinlərin sığınacaqla təmin olunması məsələsi araşdırılır. Şəhərdə 25, kəndlərdə 17 evə müxtəlif dərəcəli ziyan dəyib.
Baş memar onu da vurğulayıb ki, şəhərdə qaz təminatının günün sonuna qədər bərpa olması gözlənilir.
Vahid İsmayılov
Xəbəri paylaş
Facebook-da paylaş