Kamran Əliyev işdən çıxarılan prokurorları belə yola saldı - Foto
Baş Prokurorluq son kadr islahatları ilə bağlı açıqlama yayıb. Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Baş prokurorun böyük köməkçiləri Toğrul Muxtarov, Namiq Məmmədov, köməkçiləri Natiq Eyvazov, Fərid Dadaşov, Elnur Eyvazov və Elvin Bəşirli tutduqları vəzifədən azad edilərək Toğrul Muxtarov Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, Natiq Eyvazov Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin İttihamın təşkili və təhlili şöbəsinin rəisi, Namiq Məmmədov Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru, Fərid Dadaşov Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin prokuroru, Elnur Eyvazov Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin böyük prokuror-metodisti, Elvin Bəşirli isə Yasamal rayon prokurorunun böyük köməkçisi vəzifələrinə təyin ediliblər. Qeyd olunub ki, prokurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək. Səmimi qəbula görə minnətdarlıqlarını bildirən sabiq prokurorluq işçiləri fəaliyyətlərinə verilən yüksək qiymətə görə dövlət başçısına və Baş Prokurorluğun rəhbərliyinə təşəkkür edərək xidmət illəri ərzində əldə etdikləri təcrübəni prokurorluğun gənc əməkdaşlarından əsirgəməyəcəklərini ifadə ediblər. Şəffaflıq.az
Facebook-da paylaş