Millət vəkilinin oğlunun cənazəsi çarter reysi ilə Bakıya gətirildi - DƏFN EDİLDİ

Millət vəkili Əsabil Qasımovun İsveçrədə qış turizm mərkəzində faciəvi şəkildə vəfat edən 29 yaşlı oğlu Elçin Qasımovun cənazəsi Azərbaycana gətirilib.
Şəffaflıq.az xəbər verir ki, E.Qasımovun cənazəsinin gətirilməsi üçün Azərbaycandan İsveçrəyə çarter reysi ilə təyyarə göndərilib və dünən günün ikinci yarısında təyyarə Bakıya enib. Ə.Qasımovun bədbəxt hadisə nəticəsində vəfat edən oğlu günün sonunda "Qurd Qapısı" məzarlığında dəfn edilib.
Qeyd edək ki, Ə.Qasımovun oğlu Elçin Qasımov yanvarın 23-də İsveçrədə qış turizm mərkəzində bədbəxt hadisə nəticəsində vəfat edib.
Muxtar

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}