Bəzi nazirlərin həbsinə hazırlıq gedir? — YAP AÇIQLADI

 

“Proses icra başçılarının həbsi ilə yekunlaşmayacaq. Onlardan da yüksək vəzifə tutan və dövlətçiliyə qarşı çıxan, eləcə də vətəndaşları incidən məmurlar var”.

Şəffaflıq.az xəbər verir ki, bu haqda Unikal.org-a açıqlamasında Biləsuvarın icra başçısının həbsinə münasibət bildirən Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin Regional məsələlər Komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov mərkəzi icra hakimiyyətinin yuxarı eşalonunda vəzifə tutan və ölkə başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasətə qarşı çıxan bir sıra vəzifə sahiblərinin oldğunu bildirib.

O, qeyd edib ki, bu sırada bəzi nazir və komitə sədrləri də var:

“Korrupsiyaya bulaşan, rüşvətlə insanları işə götürən, öz yaxınlarına yüksək vəzifə verən nazirlər, komitə rəhbərləri var. Həmçinin. bəzi yüksək vəzifəli məmurlar tenderləri öz şirkətlərinə, yaxın qohumlarına verirlər. Görünür ki, onlar bu çirkin əməllərindən əl çəkmək niyyətində deyillər. Bu kimi şəxslərin həbs ediləcəyi də qaçılmazdır”.

Xatırladaq ki, korrupsiya və rüşvətxorluğa qarşı başladılan sərt mübarizənin bəzi mərkəzi icra orqanlarını da əhatə edəcəyini dünən yeni Baş prokuror Kamran Əliyevi videokonfrans rejimində qəbul edərkən Prezident İlham Əliyev də açıqlayıb.

Prezident bunları bildirib: “Korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq. Onu da bildirməliyəm ki, bu hallar təkcə yerli icra orqanlarında müşahidə edilmir, mərkəzi icra orqanlarında da belə hallar, belə siqnallar var və bu siqnallar araşdırılır. Verilən məlumata görə, bəzi mərkəzi icra orqanlarında, bəzi nazirliklərdə, – hələ bu siqnallar araşdırılır, – vəzifəyə təyin olunmaq üçün insanlardan bəzi hallarda rüşvət tələb edilir. Bu, cinayətdir, bu, bizim cəmiyyətimizin əsaslarını sarsıdan addımlardır, çirkin addımlardır. Pul verib vəzifəyə gələn adam ilk növbədə neyləyəcək? Çalışacaq ki, o pulun əvəzini çıxsın. Bunu haradan çıxaracaq? Ya haradansa dövlət malını oğurlayacaq, ya da ki, əgər imkanı olacaqsa, insanlardan pul tələb edəcək”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}