ABŞ-dan İrana sərt cavab: "Xamneyinin fondundan pul götürün"
Şəffaflıq.az xəbər verir ki, O qeyd edib ki, İran "dini lider" Əli Xamneyiyə məxsus vergidən azad fondlarda mövcud olan milyardlarla dollardan koronavirusla mübarizə aparmaq üçün ehtiyac duyduğu məbləği götürə bilər. Ortaqus həmçinin bildirib ki, İran hökuməti yalançılıq və oğurluqdan əl çəkməlidir. Bir müddət öncə Zərif yazdığı "Twitter" statusunda koronavirusun yayılmasına rəğmən, sanksiyaları ləğv etmədiyinə görə ABŞ-ı "iqtisadi müharibə, iqtisadi və tibbi terrorizm"də ittiham etmişdi. Bundan sonra bir neçə iranlı rəsmidən Amerikadan mövcud vəziyyətdə sanksiyaları ləğv etməsini istəmişdilər.
Lakin rəsmi Vaşinqton dəfələrlə bəyan edib ki, embarqolar qida və tibbi ləvazimatlar kimi humanitar sahələri əhatə etmir. İran ehtiyac duyduğu humanitar məhsulları digər ölkələrdən idxal edə bilər.
Digər tərəfdən, ABŞ bir neçə gün öncə İrana koronavirusla mübarizə istiqamətində yardım təklif etmişdi, lakin "dini lider" Əli Xamneyi bu təklifi qəbul etməmişdi. Metbuat.az
Facebook-da paylaş