Sabunçuda tunelin kanalizasiya kollektorunda baş vermiş çökmə aradan qaldırılacaq
Sabunçu rayonunda daxili kanalizasiya kollektorunda baş vermiş çökmə aradan qaldırılacaq. Şəffaflıq.az-ın xəbərinə görə, bu məsələ Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənmiş Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısına daxil edilib. Sərəncama əsasən, Sabunçu rayonu, A.Əsədullayev küçəsindəki tunelin daxili kanalizasiya kollektorunda baş vermiş çökmə aradan qaldırılacaq. Həmçinin xəttin bərpası da nəzərdə tutulub.
Xəbəri paylaş
Facebook-da paylaş








