Allahşükür Paşazadə: “Məscidlərdə ehsanların verilməsini məhdudlaşdırmalıyıq"

 

Qafqaz Müsəlmanları İdarəsi tərəfindən konoravirus epidemiyasının qarşısının alınması ilə bağlı ölkə ərazisində yerləşən bütün məscid və ziyarətgahlara tapşırıq və tövsiyələr verilib.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib.

“Koronavirus təhlükəsi keçənə qədər məscidlərdə ehsanların verilməsini müəyyən qədər məhdudlaşdırmalıyıq. 30 nəfərdən çox insan bir araya yığışırsa orada təhlükə var. Bu təhlükədən qorunmaq üçün hər bir şəxs məscidə gələndə öz təsbehini, təkkəsini gətirsin. Dəstəmazı evində alıb gəlsin. İmkan daxilində namazı evində qılsın. Demirəm ki, insanlar məscidə gəlməsinlər. Biz koronavirusla bağlı olaraq məscidlərin bağlanmasına dair qərar qəbul etmirik. İmamlar, məsciddə vəzifəli olan şəxslər daha çox məsciddə olmalı, köməklik göstərməlidir. Rayonlarda məscid imamları epidemiologiya mərkəzləri ilə əlaqə saxlamalıdır, dezinfeksiya işləri aparılmalıdır. Məscidlərdə dezinfeksiya işləri aparmaq üçün gələn həkimlərə şərait yaradılmalıdır”.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}