AZAL Naxçıvana birbaşa uçuşları bərpa edib
"Azərbaycan Hava Yolları" QSC (AZAL) martın 9-dan Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşları bərpa edir. Bu barədə Şəffaflıq.az-a səhmdar cəmiyyətindən bildirilib. AZAL-ın 9 mart 2026-cı il tarixinə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılmış uçuş cədvəli: Reys Bakıdan qalxma Naxçıvandan qalxma J2 2251 / 2252 18:00 20:00 J2 2253 / 2254 19:00 21:00 J2 2255 / 2256 20:00 22:00 J2 2257 / 2258 21:00 23:00 Qeyd edək ki, 10 mart 2026-cı il tarixindən etibarən Naxçıvan istiqamətində uçuşlar ştat rejimdə (ənənəvi qaydada) həyata keçirilməyə davam edəcək. AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və reyslərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar. Əlavə sual yaranarsa, callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət etmək mümkündür.
Facebook-da paylaş








