CNN: ABŞ İrana zərbələri artıracaq, lakin Pentaqonun raket ehtiyatları tükənir
ABŞ növbəti 24 saat ərzində İrandakı hədəflərə hücumların sayının "əhəmiyyətli dərəcədə artırmağa" hazırlaşır. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə CNN telekanalına yüksək rütbəli amerikalı rəsmi bildirib. Telekanalın həmsöhbəti qeyd edib ki, ABŞ-nin qiymətləndirməsinə görə, hücumların birinci mərhələsi İranın müdafiəsini zəiflətməyə imkan verib və növbəti mərhələdə əsas diqqət ölkənin raket istehsalının, pilotsuz uçuş aparatlarının (PUA) və hərbi dəniz donanmasının məhv edilməsinə yönəldiləcək. O həmçinin bildirib ki, ABŞ-nin raket ehtiyatları tükənməkdədir. Bu, xüsusilə yerüstü hədəfləri vurmaq üçün nəzərdə tutulan "Tomahawk" raketlərinə və "SM-3" raket ələ keçirən sistemlərinə aiddir. Daha əvvəl ABŞ Prezidenti Donald Tramp İrana qarşı güclü zərbələrin hələ qarşıda olduğunu açıqlayaraq bunların yaxın vaxtlarda baş verəcəyi barədə xəbərdarlıq edib.
Facebook-da paylaş








