İran ABŞ-nin Bəhreyn və İraqdakı bazalarına zərbələr endirib
İran ABŞ-nin Bəhreyndəki hərbi bazalarına, həmçinin İraqın Bağdad Hava Limanı yaxınlığındakı obyektlərinə zərbələr endirib. Şəffaflıq.az bu barədə xarici mediaya istinadən xəbər verir. BBC-nin məlumatına görə, Bəhreyndəki bazada ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahı yerləşir. "Al Hadath" telekanalı isə xəbər verib ki, Bağdad aeroportu yaxınlığında ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya tərəfindən istifadə olunan hərbi baza da hücuma məruz qalıb.
Xəbəri paylaş
Facebook-da paylaş








