Bakıda qadının əməliyyatdan sonra ölməsi ilə bağlı araşdırma aparılır
Bakının Binəqədi rayonu ərazisində yerləşən "MediHall Hospital"da əməliyyatdan üç gün sonra 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, əməliyyat fevralın 10-da olub: "Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək". Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








