Əsas Səhifə > Hadisə > Bakıda qadının əməliyyatdan sonra ölməsi ilə bağlı araşdırma aparılır
Bakıda qadının əməliyyatdan sonra ölməsi ilə bağlı araşdırma aparılır16-02-2026, 11:46 |
|
Bakının Binəqədi rayonu ərazisində yerləşən "MediHall Hospital"da əməliyyatdan üç gün sonra 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, əməliyyat fevralın 10-da olub: "Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək". Şəffaflıq.az Geri qayıt |