İmişlidə avtomobil qəzası olub, üç qadın xəsarət alıb
İmişli rayonunda üç qadının xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Şəffaflıq.az-ın məlumatına görə, xəsarət alanlar İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Yaralılara bədənin müxtəlif nahiyələrinin travması, boyun fəqərəsinin arxa çıxıntısının yerdəyişmiş sınığı, dirsək nahiyyəsinin yarası, qapalı kəllə-beyin travması, sol diz və baldırın sıyrıqları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Xəbəri paylaş
Facebook-da paylaş








