Əsas Səhifə > Hadisə > İmişlidə avtomobil qəzası olub, üç qadın xəsarət alıb
İmişlidə avtomobil qəzası olub, üç qadın xəsarət alıb11-02-2026, 13:08 |
|
İmişli rayonunda üç qadının xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Şəffaflıq.az-ın məlumatına görə, xəsarət alanlar İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Yaralılara bədənin müxtəlif nahiyələrinin travması, boyun fəqərəsinin arxa çıxıntısının yerdəyişmiş sınığı, dirsək nahiyyəsinin yarası, qapalı kəllə-beyin travması, sol diz və baldırın sıyrıqları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Geri qayıt |