Sumqayıtda silah-sursat tapılıb
Sumqayıt şəhərində qanunsuz silah-sursat aşkar olunub. Şəffaflıq.az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı şəhərin 15-ci məhəlləsində 16 kalibrli "İJ-17" markalı təklüləli ov tüfəngi tapılıb. Bundan başqa, Sumqayıtın 13-cü mikrorayonunda bir nəfərin üzərindən "Baykal" markalı odlu silaha bənzər pnevmatik tapança aşkar edilib. Polisin bu istiqamətdə profilaktik tədbirləri davam etdirilir.
Xəbəri paylaş
Facebook-da paylaş








